Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:11

Rusiyada ictimai yerlərdə siqaret çəkmək qadağan olunur


Rusiyada ictimai yerlərdə siqaret çəkmək qadağan olunur.

Rusiya Baş naziri Dmitry Medvedev oktyabrın 16-da öz bloqunda bildirib ki, bu ay Səhiyyə Nazirliyinin təklif elədiyi qanun layihəsini nəzərdən keçirəcəklər.

Medvedevin sözlərinə görə, yeni qanun təkcə siqaret çəkmək üçün yerləri məhdudlaşdırmır, həm də siqaret satılan yerlərin sayının azaldılması, tütün reklamının tam qadağan edilməsi və siqaret istehsalçılarına vergilərin artırılmasını nəzərdə tutur.

Sözügedən qanuna görə, 2015-ci ilə qədər tədricən bütün ictimai yerlərdə, kafe və restoranlarda, dövlət idarələrində siqaret çəkilməsi qadağan olunur.
XS
SM
MD
LG