Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:32

Siyavuş Novruzov: «Azərbaycanın İnzibati Xətalar Məcəlləsi aşsüzənə dönüb»


«Azərbaycanın İnzibati Xətalar Məcəlləsi aşsüzənə dönüb. Parlament tez-tez bu məcəlləyə dəyişiklik etməkdən belə vəziyyət yaranıb».

Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov parlamentin oktyabrın 16-da keçirilən iclasında deyib.

Parlament İnzibati Xətalar Məcəlləsinə növbəti dəyişikliklər edərkən Siyavuş Novruzov bildirib ki, bu məsələyə Milli Məclis o qədər tez-tez dəyişikliklər edir ki, o hakimlərin halına acıyır. «Hətta bəzi hallarda hakimlər qərarı oxuyarkən artıq məcəlləyə dəyişikliklər edilir».

Siyavuş Novruzov İnzibati Xətalar Məcəlləsinin yenidən nəşr olunmasına ehtiyac olduğunu bildirib.
XS
SM
MD
LG