Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:53

«Nəşə atıb, min bir bəhanə ilə məni həbsdə saxlayacaqlar»


Mətbuat icmalı
Mətbuat icmalı
-
«XƏYAL TV»NİN ƏMƏKDAŞINDAN ŞOK MƏKTUB


«Azadlıq» qəzeti yazır ki, Quba hadisələri zamanı həbs edilən «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqov «Azadlıq»a həbsi müddətində ona verilən fiziki və mənəvi işgəncələri əks etdirən məktub göndərib. «Məni hədələyirdilər ki, hər şey ortadadır, öz xoşumla etiraf edim. Nəşə atıb, min bir bəhanə ilə məni həbsdə saxlayacaqlar. Vəkilsiz izahat verməyə məcbur edilmişəm». Vüqar Qonaqov ona işgəncə verildiyini, təzyiq və təhqirlərə məruz qaldığından yazıb. «Hər gün təzyiq və təhqirə məruz qaldım. 23 gün ərzində uzun müddət xəstə oldum və 21 kiloqram arıqladım».

BDU-DA HİCAB QADAĞASI YOXDUR

«Yeni Müsavat» qəzeti Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovla müsahibə dərc edib.

Rektor müsahibəsində «BDU-da hicab qadağası varmı» sualına cavabında «bizdə belə qadağa yoxdur. Hicabla gələnlər də var. Görürəm ki, onların sırasında çox istedadlı uşaqlar da var. Bizdə elə qadağa yoxdur, sərbəstlikdir. Bunların sayı çox deyil, hər min nəfərə 1-2 nəfər düşür».

GÜLƏR ƏHMƏDOVA MƏSƏLƏSİNƏ BAXILACAQ

«Yeni Azərbaycan» qəzeti YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının müsahibəsini dərc edib. Həmin müsahibədə Gülər Əhmədova haqqında suala cavabında Mübariz Qurbanlı deyib ki, «Gülər Əhmədova törətdiyi əmələ görə partiyanın parlamentdəki üzvlüyündən istefa verib və hazırda partiyanın sıravi üzvdür. O, partiyanın Yasamal rayon təşkilatında qeydiyyatdadır. Yəqin ki, bu günlərdə partiyanın Yasamal rayon təşkilatı onun çıxış məsələsinə baxacaq. Çıxış üçün Nizamnamə tələbləri var və həmin qaydalara uyğun da hərəkət ediləcək».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG