Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:36

Şahid qətlə yetirilib


Qazaxıstanda “Azadlıq” təşkilatının sədri Ghajlm Ageleuov bildirir ki, Janaozendə polislə neftçilər arasında qanlı toqquşmanın şahidlərindən biri qətlə yetirilib. O, bazar ertəsi jurnalistlərə bildirib ki, Aleksandr Bozhko adlı şahid məhkəmədə istintaq zamanı işgəncə altında ifadə verdiyini bildirmişdi.

Amma Ageleuov şahidin nə zaman və hansı şəraitdə öldürülməsi haqda hər hansı əlavə məlumat verməyib.

Keçən ilin dekabrında Janaozendə baş vermiş toqquşmada 16 nəfər həlak olub. Bu ilin iyununda həmin hadisəyə görə 13 nəfər 3 ildən 7 ilə qədər müddətə azadlıqdan məhrum edilib.

İnsan haqları fəalları bu iş üzrə məhkəmədə müttəhimlərin hüquqlarının qorunmadığını deyirlər.
XS
SM
MD
LG