Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:15

Dünyada 6 milyard mobil telefon abunəçisi var


Bu məlumat Sim-kartların sayına istinadən verilib.

Beynəlxalq Telekommunikasiya Birliyi (BTB) bildirib ki, 2011-ci ilin sonuna qədər təxminən 6 milyard abunə qeydə alınıb.

Yer kürəsində 7 milyard adam yaşayır.

BTB-nin məlumatına görə, abunəçilərin 1 milyardı Çindədir.

155 ölkədə aparılan araşdırma bu nəticəni ortaya qoyub.

Tədqiqat qrupunun rəhbəri Susan Teltscher deyib ki, onlar Sim-kart nömrələrini sayıblar, mobil telefonları və ya adamları yox. "Çünki elə adam var ki, onun bir mobil telefon üçün iki nömrəsi var. Bu isə artıq iki abunə sayılır".

O da bildirilir ki, dünyada dünya əhalisinin üçdə biri - təxminən 2 milyard adam internet istifadəçisi var.

İnkişaf etmiş ölkələrin 70, inkişafda olan dövlətlərin 24 faizi online-dır.
XS
SM
MD
LG