Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Yulia Tymoshenkonun məhkəməsə 9-cu dəfə təxirə salındı


Yulia Tymoshenko Xarkov hospitalında müalicəsini davam etdirməlidir. Bunu Ukraynanın keçmiş baş nazirinin alman həkimi Karl Max Einhaeupl bildirib. Bazar günü Yulia Tymoshenko ilə görüşən həkim deyib ki, pasiyentinin müalicəsinin davam etdirilməsi ilə bağlı qərarı Almaniya və Ukrayna həkimləri birgə veriblər.

Sabiq baş nazir Xarkovda keçirilən appelyasiya məhkəməsində iştirak etmədiyindən noyabrın13-nə təxirə salınıb.

Tymoshenkonun vəkili deyir ki, Yulia Tymoshenko ağırdan əziyyət çəkir, özü yeriyə bilmir.

Aprel ayından bəri 9-cu dəfədir ki, Tymoshenkonun səhhətindəki problemlərə görə məhkəmə təxirə düşür.

O, 7 il yarım müddətinə vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs edilib.
Qərb keçmiş baş nazirin həbsini siyasi motivlərlə əlaqələndirir.
XS
SM
MD
LG