Bu barədə Qazax rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Məlumata görə, hadisə Qazax rayonun Daş Salahlı kəndində keçirilən toy məclisində baş verib.
Təxminən 35 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalara görə, zəhərlənməyə toy məclisində yeməklər arasında verilən balıq səbəb olub. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları toyda verilən bütün yeməklərdən nümunə götürərək müayinəyə aparıblar. Nəticələr məlum olandan sonra zəhərlənmənin dəqiq səbəbi məlum olacaq.
Hazırda zəhərlənənlərdən 27-nin vəziyyəti normallaşdıqdan sonra evə buraxılıb.
Yerdə qalan 8 nəfərin isə vəziyyəti orta ağır olduğu üçün müalicələri xəstəxanada aparılır. Zəhərlənənlər arasında körpə uşaqlar da var.