Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Zaqatalada bütün uşaq bağçaları və iki məktəb bağlanıb


Oktyabrın 14-də Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələ ilə əlaqədar Zaqatalada iki məktəb və bütün bağçalar bağlanıb.

Bu barədə APA-ya açıqlamasında Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini Elman Ramazanov məlumat verib. O, qeyd edib ki, dünən baş verən zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən obyektlərin sayı artıb: «Bu ilin may ayında baş verən zəlzələ nəticəsində boşalma baş verən tikililərin böyük əksəriyyəti qəzalı vəziyyətə düşüb. Hazırda komissiyalar yerlərdə araşdırma aparır».

E. Ramazanov rayonun Faldar, Qandax, Uzun Tala, Yol Ayrıc və Mosul kənd orta məktəblərində təhlükəli vəziyyətin yarandığını bildirib:

«Hazırda həmin məktəblərin təhlükəli olmayan korpuslarında tədris davam etdirilir. Lakin rayonun Danaçı kənd 1 saylı və Aşağı Tala kənd 3 saylı orta məktəblərində tədris tam dayandırılıb. Həmçinin rayonda bütün uşaq bağçaları bağlanıb».
XS
SM
MD
LG