Keçid linkləri

2017, 27 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:24
Avstriyalı Felix Baumgartner stratosferdən rekord hündürlükdən tullanıb. O, sərbəst enmədə səs sürətini örtüb və onun sürəti saatda 1342,8 km olub.

İdmançı yerdən 39 km hündürlükdən tullanıb.

Felix Baumgartner tullanarkən 4 dəq. 20 saniyə paraşütü açmayıb.

Beynəlxalq Aeronavtika Federasiyası 43 yaşlı idmançının bazar günü ABŞ-da Nyu-Mexikoda tullandığını və maksimum sürət əldə etdiyini təsdiqləyib.

Felix Baumgartner tarixdə səs sürətini ötən ilk adamdır.

O, jurnalistlərə deyib ki, tullanarkən və eniş zamanı hər hansı rekord barədə düşünməyib: «Mən yalnız yerə sağ-salamat enməyi, ailəmi, valideynlərimi, babamı yenidən görməyi fikirləşirdim. Bəzən insana belə bir yüksəkliyə qalxmaq lazımdır ki, o, nə qədər kiçik olduğunu başa düşsün».

Günün bütün mövzuları

XS
SM
MD
LG