Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Gəncədə torpaqların fitosanitar təmizlənməsi layihəsi icra olunur


Məqsədi texnogen və digər elementlərlə çirklənmiş torpaqların fito təmizlənməsinin təbliği və təşviqidir.

Bu barədə layihənin rəhbəri Ekorenosans İctimai Birliyinin sədri İrşad Abbasov məlumat verib.

Onun sözlərinə görə, layihəyə əsasən Gəncədə daha çox tullantılara məruz qalan Gil Torpaq İstehsalat Birliyinin ərazisində 1 sot torpaqda təcrübə aparılıb. Ayrılmış sahədə qarğıdalı və günəbaxan bitkiləri əkilib.

İrşad Abbasov deyir ki, məhz bu bitkilərin seçilməsi təsadüfi deyil. O bildirib ki, günəbaxan və qarğıdalı bitkiləri torpaqda olan çirkli elementləri daha tez və effektiv təmizləyir.

İrşad Abbasov əlavə edir ki, torpaqdan götürülən analiz son dövrlərdə torpağın çirklənməsinin sürətləndiyini göstərir.

Ekorenosans İctimai Birliyinin ATƏT-in TƏMƏT proqramı çərçivəsində reallaşan 1 illik layihə artıq sonuncun mərhələdədir. Layihə noyabr ayında başa çatacaq.
XS
SM
MD
LG