Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 07:05

Suriyada kassetli bombalardan istifadə edilir


Suriya
Suriya
-
 
Beynəlxalq hüquq müdafiə təşkilatı Human Rights Watch (HRW) Suriyada əhaliyə qarşı tez-tez kassetli bonbalardan istifadə olunduğunu bəyan edir.
 
Təşkilat bildirir ki, internetdə yerləşdirlən videokadrlardan Suriyanın hökumət qüvvələrinə məxsus hərbi təyyarələrin ötən həftə kassetli bonbalardan istifadə etdiyi görünür. Məlumatda son 6 ay ərzində internetdə 3 belə videogörüntünün yerləşdirildiyi bildirilir.  
 
HRW Suriya hökumət qüvvələrinin bombardmanlarda istifadə etdiyi həmin kassetli bombaların  Rusiya istehsalı olduğunu idda edir.

Rusiya və Suriya kasetli bombalardan istifadəni qadağan edən beynəlxalq konvensiyanı imzalamaqdan imtina edən dövlətlər sırasındadırlar.
XS
SM
MD
LG