Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:30

Qırğızıstanın eks-prezidentinin oğlu tutuldu


-

Cinayətdə və milyonlarla dollar dövlət əmlakını mənimsəməkdə ittiham olunan Maksim Bakiyev Londonda həbs olunub.

O, Qırğızıstanın sabiq prezidenti Kurmanbek Bakiyev-in oğludur.

Maksim Bakiyev Qırğızıstan və ABŞ hökumətlərinin tələbi ilə saxlanıb.

Böyük Britaniya ilə Qırğızıstan arasında saxlanan şəxsin o biri dövlətə verilməsi haqda razılaşma olmadığına görə, ingilis hökuməti onu ABŞ-a verməli olub.

Maksim Bakiyev ölkəni 2010-cu ildə tərk edib, atası hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra.

O, atasının hakimiyyəti zamanı investisiya agentliyinə rəhbərlik edib. Yeni hökumət onu külli miqdarda dövlət əmlakını mənimsəməkdə, dələduzluqda ittiham edib. Və onun beynəlxalq axtarışa verilməsi üçün İnterpola müraciət olunub.
XS
SM
MD
LG