Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Hələbdə şiddətli döyüşlər gedir


Suriyanın Hələb şəhərində üsyançılarla hökumət qoşunları arasında şiddətli döyüşlər gedir.

Maaret al-Numan şəhəri ətrafında davam edən 3 günlük döyüşlərdə 300-dən çox adamın öldüyü bildirilir.

Üsyançılar Dəməşqdən Hələbə gedən yolu kəsdiklərini bildiriblər. Bundan başqa İdlib, Deraa şəhərlərində də döyüşlərin davam etməsi haqda xəbərlər var.

Dünən gecə isə Dəməşqin mərkəzində partlayış olub. Partlayışa görə məsuliyyəti müxalif islamçılar üstlərinə götürüb. Qurbanlar haqda məlumat verilmir.
XS
SM
MD
LG