2012-ci il Nobel Sülh Mükafatı Avropa Birliyinə verilib.
Mükafat Avropa Birliyinə uzun illərdir qitəni birləşdirməkdə oynadığı rola görə verilib.
Nobel İnstitutunun açıqlamasında bildirilir ki, 27 dövləti özündə birləşdirən Avropa Birliyi İkinci Dünya Müharibəsindən sonra Avropanın yenidən qurulmasına və 1989-cu ildə Berlin Divarının yıxılmasından sonra keçmiş kommunist ölkələrindəki sabitliyin inkişafına böyük töhfələr verib.
“Avropa Birliyi 60 ildən çoxdur Avropada sülhün, bərabərliyin, demokratiya və insan haqlarının inkişafına töhfə verib”.
Avropa Parlamentinin rəhbəri Martin Schulz mükafat almalarına görə fəxr etdiklərini bildirib. Deyib ki, “Avropa Birliyi müharibənin yerinə sülhü, nifrətin yerinə dialoqu qoyan, bənzəri olmayan bir layihədir”.
1,2 milyon dollarlıq mükafat dekabrın 10-da Osloda keçiriləcək mərasimdə təqdim olunacaq.
2011-ci ildə Nobel Sülh Mükafatı 3 qadına – Liberiya prezidenti Ellen Johnson-Sirleafa, Liberiyadakı müharibənin sona çatması üçün mübarizə aparan fəallardan Leymah Gbowee və Yəməndə demokratik hərəkatın liderlərindən Tevekkul Karmana verilmişdi.