Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 12:02

Foto-bloqqerin ölkədən çıxmasına icazə verildi


Mehman Hüseynov
Mehman Hüseynov
-
Haqqında cinayət işi açılan, foto-bloqqer, Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovun ölkədən çıxmasına icazə verilib.

Bu haqda hüquq-mühafizə orqanlarından ona oktyabrın 12-də məlumat verilib.

Mehman Hüseynov AzadlıqRadiosuna belə deyib.

Mehman Hüseynov «World Youth Movement for Democracy»nin «Demokratiya mənim ölkəmdə 2012» fotomüsabiqəsinin qalibidir. Mükafatı almaq üçün Peruya (Lima) dəvət alıb.

Mehman Hüseynovun barəsində CM-nin 221.2.2-ci maddəsi üzrə cinayət işi açılıb. Bu maddə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqaviməti nəzərdə tutur. Mehman Hüseynov 5 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Daxili İşlər Nazirliyi bildirir ki, 2012-ci il mayın 21-də İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinin qarşısında razılaşdırılmamış aksiya keçirərkən Mehman Hüseynov polis əməkdaşlarına müqavimət göstərib. Mehman Hüseynov ittihamları rədd edir və ona qarşı açılan cinayət işinin siyasi motivli olduğunu bildirir.
XS
SM
MD
LG