Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:27

Hadı Rəcəbli: «Bütün Azərbaycan bunu gözləyir»


Hadı Rəcəbli
Hadı Rəcəbli
-
Oktyabrın 12-də hakim Yeni Azərbaycan Partiyasının iclası olub.
İclasda hansı məsələlərin müzakirə olunduğu və hər hansı qərar qəbul edilməsi haqda hələlik məlumat ala bilməmişik.
Partiya üzvü, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri deputat Hadı Rəcəbli AzadlıqRadiosuna deyib ki, iclas YAP-ın 20 illiyi ilə bağlı olub. Ancaq başqa hansı məsələlərin, o cümlədən sabiq deputat Gülər Əhmədova ilə bağlı məsələnin müzakirə edilib-edilməməsindən xəbərsizdir. Çünki iclasa qatıla bilməyib.
Hadı Rəcəbli keçmiş həmkarı ilə bağlı baş verənlərə də münasibət bildirib. O son hadisələrin xoşagəlməz olduğunu və hamının qanını qaraltdığını, dilxor etdiyini deyib.
Komitə sədrinin sözlərinə görə, Gülər Əhmədova hakim partiyadan çıxarılmalıdır: «Mütləq partiyadan çıxarmaq lazımdır. Bu boyda biabırçılıq olub. Bütün Azərbaycan, bütün cəmiyyət bu addımı gözləyir».
Sentyabrın 25-də ABU-nun rektoru Elşad Abdullayev Gülər Əhmədovanın ondan deputat seçilməsi üçün 1 milyon pul alması haqda video görüntülər yayıb. Bundan sonra dələduzluq maddəsi ilə cinayət işi açılıb. Gülər Əhmədova isə deputat mandatından imtina edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG