Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

Oktyabrın 11-i "Beynəlxalq qızlar günü"dür


Bu gün ilk dəfədir ki, “Beynəlxalq Qızlar Günü” qeyd olunur.

Bu günü qeyd etməkdə məqsəd diqqəti müxtəlif ölkələrdə qızlara qarşı olan ayrı-seçkiliyə yönəltməkdir.

BMT-nin rəhbərliyində olan bir sıra beynəlxalq hümanitar təşkilatlar dünya ölkələrini ayzyaşlılar arasında nigahları azaltmaq üçün tədbirlər görməyə çağırıblar.

BMT-nin məlumatına görə, hər il dünyada yaşı 18-dən aşağı olan qızlarla 10 milyon belə nigah kəsilir.

Bəyanatda qeyd edilir ki, bu cür nigahlar sağlamlıq problemləri yaratmaqla yanaşı, qızları təhsil almaqdan məhrum edir.

Ən pis vəziyyətin Əfqanıstanda olduğu bildirilir.
XS
SM
MD
LG