Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:29

Suriya Türkiyənin beynəlxalq aviasiya qaydalarını pozduğunu deyir


Türkiyə beynəlxalq aviasiya qaydalarını pozub.

Bunu Suriya Mülki Aviasiya rəhbəri Ceyda Abdullatif Suriya təyyarəsinin Ankarada məcburi endirilməsinə münasibət bildirərkən deyib.

Ceyda Abdullatif Rusiyanın RT telekanalına bildirib ki, təyyarədəki adamların çoxu qocalar, qadınlar və uşaqlar olub. “Bu adamlar beş saat 25 dəqiqə təyyarədə gözləyib. Bu insani normalara uyğun deyil”.

Ceyda Abdullatif deyib ki, baş verənlərdən Beynəlxalq Mülki Aviasiya Komitəsinə şikayət göndərəcək.

Rusiyanın Vnukovo aeroportundan Moskva-Hələb-Dəməşq reysi ilə uçan təyyarədə heç bir təhlükəli yük olmayıb. Bunu isə aeroportun sözçüsü Yelena Krilova deyib.

Rusiya tərəfi 35 sərnişindən 17-nin Rusiya vətəndaşı olduğunu, onların aralarında uşaqların da olduğun deyib.

Türkiyə Suriyanın Moskvadan Dəməşqə gedən A 320 tipli mülki təyyarəsini oktyabrın 10-da endirib. Təyyarədə axtarış aparılıb.

Axtarışdan sonra Türkiyənin xarici işlər naziri Ahmet Davudoğlu bildirib ki, “Suriyanın sərnişin təyyarəsini sərnişinlərlə birlikdə getməsinə icazə veririk. Ancaq təyyarədən götürülən əşyaların yoxlamaları davam edir”.
XS
SM
MD
LG