Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Nazirlər Kabinetinin iclası keçirildi


Foto: Arxiv
Foto: Arxiv
-
2013-cü ildə büdcə xərcləri 20 milyard manat, icmal büdcə 30 milyard dollardan çox olacaq.

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında deyib.

Oktyabrın 10-da 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda o, bildirib ki, ötən dövrdə Azərbaycan iqtisadiyyatı 1.1, qeyri-neft iqtisadiyyatı isə 10.3 faiz artıb:

«Doqquz ayda ölkə iqtisadiyyatına 16 milyard ABŞ dolları sərmayə qoyulub. Həmin sərmayələrin 70 faizi daxili investisiyalardır. Özəl sektorun ümumi daxili məhsulda çəkisi 83 faiz, kənd təsərrüfatında artım isə 6.3 faiz olub. Bu ilin əvvəlindən strateji valyuta ehtiyatları 5 milyard ABŞ dolları artıb və hazırda 45 milyard dollar səviyyəsindədir».

Prezident doqquz ayda əhalinin pul gəlirlərinin 12 faiz artdığını, inflyasiyanın 1.5 faiz, orta aylıq əməkhaqqının 500, orta pensiyanın isə 190 ABŞ dolları səviyyəsində olduğunu vurğulayıb.
XS
SM
MD
LG