Keçid linkləri

2024, 17 İyul, çərşənbə, Bakı vaxtı 16:43

Kilsədə Putinə qarşı mahnı oxuyanlardan biri azadlıqda!


Yekaterina Samutsevich
Yekaterina Samutsevich
Moskva şəhər məhkəməsi Pussi Riot pank qrupunun iştirakçılarından biri Yekaterina Samutsevich kəsilmiş həbs cəzasını icbari işlə əvəz edib.

Məhkəmə qrupun digər üzvləri Mariya Alyokhina və Nadejda Tolokonnikova barədə həbs cəzasını isə qüvvədə saxlayıb.

Onlar Xilaskar İsa Kilsəsində xüliqanlıq etmə ittihamı ilə 2 il azadlıqdan məhrum ediliblər.
Kassasiya şikayəti də bu qərardan verilmişdi.

Qızların 3-də çıxışlarında ittihamı rədd ediblər.

Mariya Alyokhna çıxışında deyib:

"Peşman olub günahı boynuna almaq fikrində deyil. Çünku o bunu cinayət hesab edir və bu gün günahı boynuna götürmək, onların kilsədə etdiklərindən daha ağır cinayət olardı":


Zərərçəkənlər və prokuror bu günkü prosesdə çızanın ləğvinə qarşı çıxıblar.

Proses zamanı məhkəmə binası qarşısına müttəhimlərin tərəfdarları və əlehdarları, habelə xeyli jurnalist yığışıb.

Həmçinin məhkəmə zamanı asaişin qorunmasına xeyli polis cəlb olunub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG