-
Müxalif İctimai Palata oktyabrın 13-ü Bakıda aksiya keçirməyəcək.
Qurumun Koordinasiya Şurasının üzvü Ədalət Yusubov «Media forum» saytına deyib ki, Koordinasiya Şurası Bakı şəhər İcra Hakimiyyətinin yürüş müraciətinə cavabını müzakirə edib:
«İctimai Palata meriyanın «20-ci sahə»də mitinq keçirmək təklifini birmənalı formada rədd edir. Koordinasiya Şurası bu cavabı vətəndaşların konstitusion hüquqlarının pozulması, yürüş hüququnun qadağan olunması kimi qiymətləndirir. Bununla bağlı hüquqi mübarizəmiz davam edəcək və məhkəməyə müraciət olunacaq».
***
Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palataya təklif edib ki, Bibiheybətdə mitinq keçirsin.
Oktyabrın 13-də şəhər rəhbərliyinin İctimai Palataya göndərdiyi məktubda göstərilən tarixdə parlamentin buraxılması və qanunverici orqana yeni seçkilərin keçirilməsi tələbi ilə yürüş keçirilməsini məqsədəuyğun hesab etməyib.
Amma əvəzində İP-ə Səbail rayonu Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada mitinq keçirilməsini təklif edib.
İctimai Palatanın üzvü Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, onlar yürüş keçirmək istəyirlər, mitinq yox:
«Hazırda İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilir. İclasda bu məsələ ilə bağlı qərar veriləcək».
İP oktyabrın 13-də Bakının keçmiş Əzizbəyov heykəlinin qarşısından Parlament prospekti ilə Milli Məclisin qarşısınadək yürüş keçirmək istəyir.