Keçid linkləri

2025, 20 May, çərşənbə axşamı, Bakı vaxtı 08:38

Bakıda Qara Qarayevə heykəl ucaldılacaq


Qara Qarayev
Qara Qarayev
-
Nazirlər Kabineti Bakı şəhərində Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin abidəsi ucaldılmasına dair qərar qəbul edib.

Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Artur Rasizadənin imzaladığı qərara əsasən, 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Mədəniyyət və Turizm Nazirliyinə 914 515 manat vəsait ayrılıb.

Qara Qarayev 1918-ci il fevralın 5-də Bakıda doğulub, 1982-ci il mayın 13-də elə bu şəhərdə vəfat edib.

Musiqinin müxtəlif janrlarında əsərlər yazan şöhrətli bəstəkarın «Yeddi gözəl» və «İldırımlı yollarla» baleti dünyanın bir çox teatrlarında səhnəyə qoyulub.
XS
SM
MD
LG