Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:17

Suriyada daha bir şəhər uğrunda şiddətli döyüşlər gedir


Suriyada silahlı müxalifət Maaret al-Numan şəhərinə hücuma keçib. Bu şəhər Dəməşqdən Hələbə gedən əsas yolun üstündə yerləşir.

Bu şəhər ətrafında artıq iki gündür döyüşlər gedir. Hər iki tərəf artilleriya zərbələrindən istifadə edir. Bu arada hökumət qoşunları üsyançıların Homs şəhərindəki mövqelərinə zərbələr endirir. Bir gün əvvəl Dəməşq ətrafında xüsusi təhlükəsizlik idarəsinin binası qarşısında partlayış olub. Onlarla adam ölüb.

NATO-nun baş katibi Anders Fogh Rasmussen NATO-nun Türkiyəni qorumağa hazır olduğunu bildirib.

Bu gün Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin görüşü başlayır. Görüş Suriya ilə Türkiyə arasında münasibətlərin pisləşməsi fonunda keçirilir.

Hazırda Suriya-Türkiyə sərhədi də daxil olmaqla Suriyada hökumət və müxalifət birləşmələri arasında döyüşlər gedir.
XS
SM
MD
LG