Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Aprel, Cümə, Bakı vaxtı 18:11

Merkel Yunanıstanın avrozonada qalmasını istəyir


Yunanıstan avrozonada qalmalıdır.

Bunu Almaniyanın kansleri Angela Merkel bu gün Afinada Yunanıstanın baş naziri Antonis
Samarasla görüşdən sonra deyib.

O Yunanıstanın büdcə xərclərinin ixtisarında irəliləyişə nail olduğunu deyib.

Amma o qeyd edib ki, vergi sahəsi və xərclərin azaldılması sahəsində hələ çox iş görülməlidir.

Yunanıstanın baş naziri Antonis Samaras isə ölkəsinin islahatlara sadiq olduğunu bildirib.

Merkelin Afinaya səfəri zamanı şəhərin mərkəzində kütləvi etiraz aksiyası keçirilib.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Yunanıstanda çoxları hesab edir ki, Yunanıstan hökuməti beynəlxalq yardım əvəzində kəskin iqtisadi tədbirlər planını Merkelin təzyiqi ilə qəbul edib.
XS
SM
MD
LG