Keçid linkləri

2026, 29 Aprel, çərşənbə, Bakı vaxtı 17:20

Gülər Əhmədova prokurorluqda dindirilib

Guler Ahmedova
Guler Ahmedova
Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova prokurorluqda dindirilib.

APA-nın məlumatına görə, o Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad
Abdullayevin yaydığı video görüntü ilə bağlı başlanmış cinayət işi üzrə Bakı şəhər
Prokurorluğunda ifadə verib.

Baş Prokurorluğun mətbuat xidməti APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, söhbət Gülər Əhmədovun deputatlıq üçün külli miqdarda rüşvət istəməsilə bağlı bu günlərdə yayılmış video görüntüdən gedir.

O buna görə deputat mandatından imtina etməli olub.
This item is part of
XS
SM
MD
LG