Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

Ekspertlər İranın atom bombasına çox yaxın olduğunu deyirlər


İran təxminən 2 və ya təxminən 4 aydan sonra nüvə silahında istifadə oluna bilən uran istehsal edə bilər.

ABŞ-ın elm və beynəlxalq təhlükəsizlik institutunun hesabatında belə deyilir.

Hesabat müəlliflərinin fikrincə İran alimləri artıq 8-10 ay ərzində atom bombası yarada bilərlər.

Hesabat müəllifləri sənədi beynəlxalq müfəttişlərin topladıqları materiallar əsasında hazırlayıblar.

Bu instituta Beynəlxalq Atom Enerjisi agentliyinin keçmiş rəhbəri David Olbrait rəhbərlik edir.

Qərb hesab edir ki, İran gizlicə nüvə silahı üzərində işləyir.

Tehran ittihamı rədd edir, nüvə proqramının sırf dinc məqsədlər üçün nəzərdə tutulduğunu deyir.
XS
SM
MD
LG