Keçid linkləri

2026, 25 May, bazar ertəsi, Bakı vaxtı 07:16

Afinanın küçələrinə 7 min əlavə polis çıxarılıb

Almaniyanın kansleri Angela Merkelin Yunanıstana səfəri ərəfəsində Afinada təhlükəsizlik tədbirləri gücləndirilib.

Şəhərdə etiraz aksiyası gözlənilir.

Məlumatlara görə şəhərin küçələrinə 7 minədək polis çıxarılıb.

Bu iqtisadi böhran dövründə Merkelin Yunanıstana ilk səfəridir.

Yunanıstanın həmkarlar ittifaqları Merkelin baş nazir Antonis Samarasla görüşü zamanı 3 saatlıq tətilı çağırıblar.

Yunanıstanda çoxları hesab edir ki, Yunanıstan hökuməti beynəlxalq yardım əvəzində kəskin iqtisadi tədbirlər planını Merkelin təzyiqi ilə qəbul edib.
This item is part of
XS
SM
MD
LG