Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:06

Azərbaycanın İPAP-da iştirakı ilə bağlı sənəd müzakirə olunub


Oktyabrın 8-də Brüsseldə NATO-nun mənzil qərargahında 2012-ci il üçün Azərbaycanın İPAP-da (Fərdi Tərəfdaşlıq Əməliyyat Planı) iştirakı üzrə qiymətləndirmə sənədi müzakirə olunub.

Azərbaycanın NATO-dakı nümayəndəliyinin məlumatında deyilir ki, «28+1» formatında aparılan müzakirələrdə Azərbaycan XİN, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib.

Görüşdə Azərbaycanın təşkilatın gündəliyindəki məsələlərin – təhlükəsizlik, Əfqanıstanda təhlükəsizliyə dəstək əməliyyatları (İSAF) və s. məsələlərin həllinə verdiyi töhfə qeyd olunub.
Azərbaycanın təhlükəsizlik sektorunda islahatlar, NATO qüvvələri ilə əməliyyat uyğunluğu, regional təhlükəsizlik, o cümlədən Qarabağ münaqişəsinin tənzimlənməsi məsələləri müzakirə olunub.

Azərbaycan və NATO arasında məsləhətləşmələr ildə bir dəfə keçirilir. Hazırda Azərbaycan İPAP-ın 2012-13-cü illəri əhatə edən üçüncü mərhələsindədir.
XS
SM
MD
LG