Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:34

Hüquq müdafiəçisi Taleh Xasməmmədov həbsdə qaldı


-
Oktyabrın 9-da Şirvan Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi Taleh Xasməmmədovun şikayətinə baxılıb.

Hakim İsmayıl Əhmədov şikayəti təmin etməyib.

Bu haqda AzadlıqRadiosuna Taleh Xasməmmədovun vəkili Əshabəli Mustafayev məlumat verib:

«Onun əməlində xuliqanlıq hərəkətinin olmadığını və polisə müqavimət göstərmədiyini sübut etdik. Ancaq məhkəmə dövlət ittihamçısının heç bir şeyə əsaslanmayan arqumentlərini əsas tutaraq qərarı qüvvədə saxladı».

Vəkil Şirvan Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya verəcək.

Taleh Xasməmmədov 2011-ci ilin noyabrında həbs edilib. Bu il aprelin 20-də Göyçay rayon Məhkəməsi onu 221.3 (xuliqanlıq) və 315.1 (polisə müqavimət göstərmə) maddələri ilə 4 il müddətinə azadlıqdan məhrum edib.
XS
SM
MD
LG