Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:19

Romney: “Obamanın liderliyi altında Yaxın Şərqdə münaqişə riski böyüyür"


Prezident Barak Obamanın liderliyi altında Yaxın Şərqdə münaqişə riski böyüyüb. Bunu oktyabrın 8-də ABŞ-da respublikaçıların prezidentliyə namizədi Mitt Romney deyib.

O, İrana daha sərt sanksiyalar qoyulmasının tərəfdarı olduğunu bildirib.

Romney onu da əlavə edib ki, ABŞ-ın müdafiə raketləri ilə bağlı Rusiya ilə danışıqlarda
"elastiklik" göstərməzdi.

Prezidentliyə namizəd onu da əlavə edib ki, Obama adminstrasiyasının yaraqlılara və terrorçulara qarşı pilotsuz təyyarələrin geniş istifadəsi "Yaxın Şərq üçün milli təhlükəsizlik strategiyasını əvəz eləmir".
XS
SM
MD
LG