Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:30

Tovuzda hazırlanan şərabların 85,7 faizi Avropa bazarında satılır


Bu barədə Tovuz-Baltika şirkətinin baş direktoru Naiq Məmmədhəsənov məlumat verib.

Deməsinə görə, ən çox məhsul Fransa bazarına çıxarılır.

«Müəssisəmizin Fransada filialı açılıb. «Fransa-Tovuz» adlı bu müəssisədə 68 çeşiddə şərab satılır. Burada ağ və qırmızı şərablarla yanaşı, heyva və nar likorları da satılır».

Naiq Məmmədhəsənov onu da əlavə edir ki, Tovuz- Baltika şirkətinin məhsulları həmçinin İsveçrə, Almaniya, Polşa və Baltikyanı ölkələrdə də satılır.
XS
SM
MD
LG