Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:59

Bakıdakı caz festivalı 10 gün davam edəcək


Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə oktyabrın 16-dan 25-dək Bakıda ənənəvi Beynəlxalq Caz Festivalı keçiriləcək.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Xəbərdə deyilir ki, 10 gün ərzində Heydər Əliyev Sarayında, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları Azərbaycan musiqiçiləri ilə birgə çıxış edəcəklər.

Festivalda ABŞ, Kuba, Portuqaliya, Rusiya, İsveçrə, İtaliya, Polşa, Gürcüstan, Hollandiya, O cümlədən Azərbaycanlı ifaçılar iştirak edəcək.

Biletləri mərkəzləşdirilmiş kassalardan almaq olar.

2005-ci ilin Bakı Caz Festivalında məşhur cazmen Deborah J.Carter Azərbaycan mahnısı oxuyur. Müşayiət edir: azərbaycanlı caz ustası Salman Qəmbərov

XS
SM
MD
LG