Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:18

BVF: «Dünya iqtisadiyyatı gələn il zəif olacaq»


BVF-nın loqosu
BVF-nın loqosu
Dünya iqtisadiyyatı hələ də zəifdir və gələn il də iqtisadi dirçəliş yavaş templə gedəcək. Bunu Beynəlxalq Valyuta Fondu deyir.

Fondun Dünya İqtisadi Perspektivi adlı yeni hesabatında deyilir ki, dünya iqtisadiyyatının artımı bu il 3,3 faiz olacaq.

Fond hesab edir ki, ABŞ-da iqtisadi problemlər, avrozonada isə uzun müddətli böhran həll edilməyincə vəziyyət bu cür də qalacaq.

Hesabata görə, Çin, Hindistan, Rusiya və Braziliya kimi bazarlarda da iqtisadi inkişaf aşağı tempdə müşahidə olunacaq.

BVF bu il Azərbaycanda Daxili Məhsulun artımını 3,9 faiz, gələn il 2,7 faiz gözləyir.
XS
SM
MD
LG