Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 09:25

Səhiyyə Nazirliyi xaricdə təhsil alanlara müraciət edib

Azərbaycan Səhiyyə Nazirliyi xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinə müraciət edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçiləri Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin müvafiq komissiyasında sənədlərini təsdiq etdirməlidirlər.

Artıq müvafiq sənədlərin qəbulu internet vasitəsi ilə də həyata keçirilir. Bununla bağlı tibb işçiləri Azərbaycanda tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə (http://e-sehiyye.gov.az/xaricde_tehsil/) müraciət edə bilərlər.
This item is part of
XS
SM
MD
LG