Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Məktəb direktorları İnformasiya Kommunikasiya Texnologiyaları öyrənir


Gəncədə orta məktəb direktorlarına İnformasiya Kommunikasiya Texnologiyaları öyrədilir.

Məqsəd orta məktəb müdirlərinə, onların müavinlərinə İKT və idarəetmə ilə bağlı biliklərinin artırılmasıdır.

Bu barədə Gəncə şəhər Təhsil İdarəsinin Metodiki Mərkəzinin direktoru Ülviyyə Hacıyeva məlumat verib. Onun sözlərinə görə, Gəncənin 27 saylı orta məktəbində təlim kurslarına başlanılıb.

Ü. Hacıyevanın bildirdiyinə görə, 1 ay davam edəcək təlimlər Təhsil Nazirliyi və
«Mədət» Təşkilatı tərəfindən reallaşır.

Yaxın günlərdə Gəncədə pedaqoqlar üçün də «Gələcək üçün təhsil» təlim kurslarına da start veriləcək.
XS
SM
MD
LG