Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:49

Qalmaqallı nağıla görə redaksiya heyətində dəyişiklik edildi


Oruc Əliyev
Oruc Əliyev
-

Qalmaqallı Azərbaycan Folkloru Külliyyatının Redaksiya heyətində dəyişiklik edilib.

Külliyyatın tərtibçilərindən biri - Oruc Əliyevin “Oxu zalı”na verdiyi məlumata görə, səbəb Folklor İnstitutu tərəfindən nəşr olunan həmin külliyyatın 6-cı cildində yer alan “Arzuolunmaz kürəkən” nağılıdır.

Həmin nağıl “Oxu zalı”nda dərc ediləndən sonra cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu.

Oruc Əliyevin sözlərinə görə, külliyyatla bağlı məsələ institutda bir neçə dəfə müzakirə olunub:

“Bir məsələni də diqqətinizə çatdırım ki, külliyyatın bundan sonrakı cildlərinin nəşrinə Folklor İnstitutunun direktoru şəxsən nəzarət edəcək. Hər hansı bir cildin materialları tam hazır olandan sonra direktor onu səhifə-səhifə oxuyub çap olunması üçün qol çəkəcək”.

Oruc Əliyev bildirib ki, çapa məsul olan redaktorların məsuliyyətini düzgün müəyyənləşdirmək üçün cildlərin hər birinin ayrıca redaktoru olacaq:

“Əvvəl ümumi redaksiya heyəti formalaşdırılırdı. Belə olanda müəyyən qarışıqlıq yaranırdı, məsuliyyət ümumi olurdu. Amma indi cildlərin hər birinin öz məsul redaktoru, korrektoru olacaq”.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tofiq Babayev Folklor Külliyatına düşən “Arzuolunmaz kürəkən”, “Şəmil-cuhud”, “Qara vəzir” nağllarına görə institutu məhkəməyə verərək üst-üstə 400 min manat təzminat, habelə təkzib və iddianın subyekti olan kitabların satışdan yığılaraq məhv edilməsini tələb etmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG