Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Oskanian pul yumaqda rəsmən ittiham olundu


Vartan Oskanian
Vartan Oskanian
Ermənistan hakimiyyəti müxalfətin tanınmış siması, Ermənistanın keçmiş xarici işlər naziri Vartan Oskaniana qarşı rəsmi ittiham irəli sürüb.
Oskanyan pul yumaqda ittiham olunur.

Oskanyan bazar ertəsi Milli Təhlükəsizlik Xidmətinə dəvət olunub və ittiham ona təqdim olunub.

Oskanyan ABŞ-dan olan xeyriyyəçinin verdiyi 1,4 milyon dolların təyinatı üzrə istifadə olunmamasında ittiham olunur.

İttiham sübut olunsa, Oskanianı 5 ilədək həbsxana gözləyir.

Oskanyan bu ittihamı siyasi motivli adlandırır.

Onun fikrincə, bu, 2013-cü il prezident seçkilərində onu və onun Çiçəklənən Ermənistan partiyasını sıradan çıxarmaq niyyəti ilə bağlıdır.

Oskanian həmin prezident seçkilərində indiki prezident Sarkisianın əsas rəqiblərindən sayılır.

Oskanian Robert Kocharianın prezidentliyi dövründə xarici işlər naziri olub. Kocharian xüsusi bəyanat verərək Oskanianı müdafiə edib.

ABŞ-dakı erməni diasporunun bir sıra tanınmış şəxsləri də Oskaniana dəstək verdiyini bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG