Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:06

Sabahdan havalar soyuyur


Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə oktyabrın 9-dan Azərbaycanda temperatur 5-6 dərəcə enəcək.

Bakıda havanın temperaturu gecə 19-22, gündüz 27-32. Dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Oktyabrın 9-10-da Bakıda və Abşeron yarımadasında atmosfer təzyiqinin təzadlı dəyişməsi, eyni zamanda, hava şəraitinin küləkli keçməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Oktyabrın 11-12-də oksigenlə zəngin hava şəraiti əksər meteohəssas insanlar üçün əlverişlidir.
XS
SM
MD
LG