Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Mart, Cümə axşamı, Bakı vaxtı 08:18

"Gürcüstan Arzusu" nazir vəzifələrinə namizədlərini elan edir


Gürcüstanda parlament seçkilərində qalib gəlmiş müxalif “Gürcüstan arzusu” koalisiyasının rəhbəri Bidzina Ivanishvili yeni hökumətdə nazir vəzifələrinə namizədləri elan edib.

Baş nazirliyə namizəd 56 yaşlı İvanishvilinin özüdür.

Daxili işlər naziri vəzifəsinə Irakly Garibashvili irəli sürülüb.
O, uzun illərdir ki, İvanishvilinin Kartu Xeyriyyə Fondunun rəhbəridir.

Müdafiə Nazirinin keçmiş müavini, Gürcüstanəın BMT-dəki keçmiş səfiri İrakli Alasania müdafiə naziri vəzifəsinə irəli sürülüb.

Xarici İşlər naziri vəzifəsinə Gürcüstanın Almaniya və Niderlanddakı keçmiş səfiri Maia Panjikidze təklif olunur.

Yeni hökumətin təsdiqnə parlamentdəki adi çoxluq kifayət edir.
“Gürcüstan Arzusunun” 150 yerlik parlamentdə hələlik 83 yeri var.
XS
SM
MD
LG