Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:23

Gəncədə ətin qiyməti 11 faiz bahalaşıb


Bu barədə məlumatı Gəncə şəhər Statistika İdarəsinin Qiymət şöbəsinin müdiri Nəbi Baxşəlizadə verib.

Onun sözlərinə görə, son bir ayda Gəncədə qoyun ətinin qiyməti 11,1 faiz artıb. Belə ki, bir ay öncə bir kiloqram qoyun əti 9 manata satılırdısa hazırda bu qiymət 10 manat təşkil edir.

Mal ətində isə 6,7 faiz artım var. Sentyabr ayında 7,5 manata olan mal əti hazırda 8 manata təklif edilir.

Quş ətində isə dəyişiklik olmayıb, hazırda mağazalarda quş ətinin bir kiloqramı 3,4 manatdır.
XS
SM
MD
LG