Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:58

Gürcüstanda yeni hökumətin tərkibi elan olunub


Parlament seçkilərində qalib gəlmiş müxalif “Gürcü arzusu” koalisiyasının rəhbəri Bidzina Ivanishvili yeni hökumətin tərkibini elan edib. Baş nazir o özü olacaq.

Daxili işlər naziri Irakly Garibashvili, müdafiə naziri Irakly Alasania, xarici işlər naziri Maya Pandshikidze, ədliyyə naziri Teya Tsulukiani təyin edilib.

Təhsil, maliyyə nazirləri də daxil olmaqla bir sıra nazirlərin adları yaxın günlərdə təqdim olunacaq.

“Gürcü arzusu” koalisiyası parlament seçkilərinin nəticələrinə görə, 150 deputat yerindən 83-ü qazanıb. Prezident Mikheil Saakashvilinin “Vahid Milli Hərəkat” partiyası 67 yer qazanıb.
XS
SM
MD
LG