Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 09:34

Ərdoğan deyib ki, Türkiyə müharibəyə hazır olmalıdır


“Lazım gəlsə, biz hər an müharibəyə hazır olmalıyıq. Əgər müharibəyə hazır olmasan, sən nə dövlətsən, nə də millət. Atalarımız deyib ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan”.

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan son günlər Suriyanın Türkiyə ərazisinə endirdiyi zərbələrlə bağlı danışarkən bildirib.

Artıq beşinci gündür ki, Türkiyə Suriya sərhədində qarşılıqlı atışma gedir.
Oktyabrın 3-də Suriyanın Türkiyəyə endirdiyi artilleriya zərbəsi nəticəsində 5 nəfər həlak olub. Onlardan 3-ü uşaq, ikisi qadın idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG