Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 01:53

Venesiya Komissiyası «Dini etiqad azadlığı haqqında» qanun layihəsinə rəy verəcək


Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın «Dini etiqad azadlığı haqqında» qanun layihəsinə rəy verəcək.

APA-nın Venesiya Komissiyasının mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, bu qanun layihəsinin müzakirəsi qurumun oktyabrın 11-də keçiriləcək 92-ci plenar sessiyasının gündəliyinə daxil edilib.

Komissiya Azərbaycan Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyevlə qanun layihəsi ətrafında fikir mübadiləsi aparacaq.

Sessiyada Ukrayna və Bosniya-Herseqovinadan daxil olan qanun layihələrinə, həmçinin Rusiyanın «Siyasi partiyalar haqqında» qanununa rəy veriləcək.
XS
SM
MD
LG