Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:01

Pakistanının təhlükəsizlik qüvvələri yürüşçülərin qarşısını kəsib


Pakistanın təhlükəsizlik qüvvələri yürüşçüləri Cənubi Vəziristana buraxmayıb.

Yürüşdə məqsəd ABŞ-ın pilotsuz təyyarələrinin vaxtaşırı ölkə ərazisini vurması və bu əməliyyatlar zamanı dinc sakinlər arasında itkilərə etiraz bildirməkdir.

Paytaxt İslamabaddan başlanmış yürüşü pakistanlı siyasətçi və keçmiş məşhur kriketçi İmran Khan təşkil edib.

Aksiyaçıların arasında ABŞ vətəndaşları da var.

Yerli hakimiyyət ehtiyat edir ki, yaraqlılar yürüşçülərə hücum edə bilər.

Uzun danışıqlardan sonra İmran Khan yaxınlıqdakı Tank şəhərinə dönmək və orda mitinq keçirmək qərarına gəlib.

Pakistan bu cür əməıliyyatlara suverenliyinin pozulması kimi baxır.

Vaşinqton isə hədəfin bölgədə fəaliyyət göstərən yaraqlılar olduğunu deyir.
XS
SM
MD
LG