Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 14:36

Amnesty İnternational Azərbaycana gedən müğənnilərə xəbərdarlıq edib


Rihanna və Shakira
Rihanna və Shakira
“Pop ulduzları Rihanna və Shakira Bakıda konsertlər verməzədən əvvəl Azərbaycanda insan haqlarının pozulmasını nəzərə almalıdırlar”.

Bunu beynəlxalq hüquq-müdafiə təşkilatı olan Amnesty İnternational təşkilatı bəyan edib.

Bəyanatda qeyd olunur ki, onlarun bu ay Azərbaycanda verəcəkləri konsertlər bu ölkdə insan haqları və söz azadlığınının pozulması fonunda keçiriləcək.

Təşkilat müğənnilələrə Azərbaycanda bir sıra həbslər, jurnalist, blogger və siyasi fəalların təqib olunması barədə məktub göndərdiyini deyir.

Pop ulduzları Rihana ilə Shakira 17 yaşadaək qadın futbolçuların Azərbaycanda keçirilən dünya çempionatı münasibət ilə Bakıda konsertlər verməlidilər.

Artıq bu müğənnilərdən biri - Cenifer Lopes Tofiq Bəhramov adına Respublika stadionunda çempionatın açılış mərasimində çıxış edib.

Bu gün isə Rihanna “Crystal Hall”da konsert proqramı ilə çıxış edəcək.
Rihanna ilə birlikdə ABŞ-dan Bakıya müğənninin 80 nəfərlik komandası da gəlib.

Oktyabrın 13-14-də isə Şakiranın “Crystal Hall”da konsert verəcəyi gözlənilir.

Biletlərin qiyməti 35-230 avro arasındadır.
XS
SM
MD
LG