Keçid linkləri

2025, 19 İyun, Cümə axşamı, Bakı vaxtı 17:21

Ban Ki Moon: «Sanksiyalardan daha çox İran xalqı əziyyət çəkir»


Ban Ki-moon
Ban Ki-moon
BMT-nin baş katibi Ban Kİ-moon bildirib ki, İrana qarşı beynəlxalq sanksiyalardan daha çox sadə İran sakinləri əziyyət çəkir.

Onun BMT-nin Baş Assambleyasına təqdim etdiyi hesabatda İranda inflyasiya və işsizliyin getdikcə artdığı, kəskin dərman qıtlığı yarandığı bildirilir.

Ban Kİ Moon qeyd edib ki, bu səbəbdən hətta İranda beynəlxalq humanitar əməliyyat da keçirmək olmur.

BMT, ABŞ və Avropa Birliyi nüvə proqramına görə İrana qarşı sanksiyalar tətbiq ediblər.

Qərb İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırır.

Tehran ittihamı rədd edir.
XS
SM
MD
LG