Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Azərbaycan Dövlət Neft Şirkəti ilə BP arasında yeni müqavilə imzalanıb


BP şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Geologiya və Geofizika İdarəsi arasında «Texniki Xidmətlər haqqında Çərçivə Müqaviləsi» sənədi imzalanıb.

ARDNŞ-dan «APA»a verilən məlumata görə, sənədin imzalanma mərasimində çıxış edən ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, sənədin imzalanması ilə BP şirkətinin operator olduğu kəşfiyyat və qiymətləndirmə layihələrinə texniki xidmətlərin göstərilməsində Dövlət Neft Şirkətinin imkanlarından daha geniş istifadə ediləcək.

Sənədi ARDNŞ tərəfdən Geofizika və Geologiya İdarəsinin rəisi Vaqif Abdullayev, BP şirkəti tərəfindən isə Çərçivə Müqaviləsinin icraçı meneceri Paul Evans imzalayıblar.

İmzalanan müqaviləyə əsasən, BP şirkəti operatoru olduğu «Şəfəq-Asiman Hasilatın Pay Bölgüsü Sazişi! sahəsini əhatə edən 2-ölçülü seysmik xətlərin yenidən texniki emalı və 3-ölçülü məlumatların emalına əsas yaratmaq məqsədi ilə «Şəfəq-Asiman»ın 3-ölçülü tədqiqatında əsas layların seysmik interpretasiyası işlərində ARDNŞ-ın xidmətlərindən istifadə etməyi planlaşdırır.
XS
SM
MD
LG