Keçid linkləri

2025, 24 Yanvar, Cümə, Bakı vaxtı 16:54

Kilsə rahiblərin seçkidə iştirakına icazə verdi


Rusiyada Ortodoks Kilsəsi rahiblər seçkili vəzifələrə keçirilən seçkilərdə iştirak etməyə razılıq verib.

Oktyabrın 4-də elan edilən qərarda deyilir ki, “əgər qeyri-ortodoks qüvvələr hansısa vəzifəyə gələrək Ortodoks kilsəsinə qarşı hərəkət etmək istəyirsə, bu halda rahiblər də istisna hallarda seçkilərə qatıla bilərlər”.

Amma qərarda həm də göstərilir ki, rahiblər seçkidə iştirak etdikləri halda heç bir siyasi təşkilata üzv ola bilməzlər. Onlar hətta, hansısa partiyanın seçki siyahısında olsalar da həmin partiyaya üzv ola bilməzlər.
XS
SM
MD
LG