Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

AZAL 5 şəhərə biletləri ucuzlaşdırır


Azerbaijan -- Azerbaijan Airlines (AzAL) Logo
Azerbaijan -- Azerbaijan Airlines (AzAL) Logo
“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyəti Bakı-Praqa-Bakı, Bakı-Milan-Bakı, Bakı-Roma-Bakı, Bakı-London-Bakı və Bakı-Paris-Bakı istiqamətlərində ekonom biletlərin qiymətini ucuzlaşdırıb.

AZAL-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2012-ci il oktyabrın 31-dən Praqa, Milan, Roma, London və ya Paris şəhərlərinə tur-paket əldə etdikdə, ikibaşlı bilet 200 avro məbləğində olacaq.

Bu qiymət yalnız iki başlı reyslərə və ilkin uçuş Bakıdan olanda mümkündür.
XS
SM
MD
LG