Keçid linkləri

2026, 24 Avqust, bazar ertəsi, Bakı vaxtı 02:42

İctimai Palata aksiyaya qərar verdi

-
İctimai Palatanın Koordinasiya Şurası Bakıda yürüş-mitinq keçirməyə qərar verib.

Bu barədə AzadlıqRadiosuna Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Oktyabrın 13-ə təyin edilən aksiyada Milli Məclisin buraxılması, yeni parlament seçkisinin keçirilməsi tələb olunacaq.

Yürüşü vaxtilə Məşədi Əzizbəyovun heykəli olan dairədən başlayıb Milli Məclisin qarşısında tamamlamaq nəzərdə tutulur.
This item is part of
XS
SM
MD
LG